backend

Messi “Barselona”dan baş məşqçisini qovur

Messi “Barselona”dan baş məşqçisini qovur

İspaniya La Liqasının son turunda “Real-Sosyedad” klubuna 1-0 hesabı ilə məğlub olan “Barselona”da komanda daxili nizam-intizamla bağlı kəskin problemlər yaşanıb. Bunun əsas səbəbkarları isə klubun baş məşqçisi Luis Enrikie və dünyanın ən bahalı futbolçusu Lionil Messidir

qaynarxett.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşqçi ilə futbolçunun arasında qalmaqalın böyüməsi səbəbindən Messi ötən gün məşqə qatılmayıb. Gün ərzində də super ulduzla əlaqə saxlamaq mümkün olmayıb. Luis Enrikie isə əvəzində Messiyə cəza kəsmək niyyətində olub.

Lakin klubun başqa məşhur futbolçuları Xavi, İniesta və Busqets məşqçini bu fikirdən daşındırıblar. Messi isə əvəzində klub rəhbərliyinə “ya mən, ya da Luis Enrikie klubda qalacaq” mesajını göndərib.

İspan mətbuatının yazdığına görə, klub rəhbərliyi Messiyə baş məşqçinin klubdan kənarlaşdırılacağına söz verib.