backend

Xaçmazda gəlin toy günü başqası ilə qaçdı

Xaçmazda gəlin toy günü başqası ilə qaçdı






















Simuzər bundan əvvəl 4 dəfə nişanlı olub

Xaçmaz rayonunda gəlinin qaçması ilə nəticələnən rüsvayçı olay yaşanıb.

qaynarxett.az xəbər verir ki, rayon sakinlərinin Axar.az-a verdiyi məlumata görə, yanvarın 5-də Xaçmazdakı “Ariz” şadlıq sarayında keçirilən toy məclisindən sonra Qobuqırağı kəndinə gedən oğlan adamları gəlinin qaçdığını öyrənib.

Bildirilir ki, Qobuqırağı kənd sakini olan gəlin Simuzər Sabir qızı bundan əvvəl 4 dəfə nişanlı olsa da, hər dəfə nişanını toyqabağı geri qaytarırmış.

Bu dəfə isə 5-ci nişanlısı ilə toyunun baş tutmasına qədər dözsə də, toy günü başqasına qoşularaq qaçıb.

Xaçmazın sözügedən kəndinin adətinə görə, gəlin oğlan toyuna getmir, toydan sonra bəyin adamları gəlini öz evindən birbaşa oğlan evinə aparırlar.

Bu dəfə isə toydan sonra gəlin evinə gələn oğlan adamları şok yaşayıblar.

Gəlinin toy günü başqası ilə niyə və hara qaçdığı barədə heç bir xəbər yoxdur.