backend

Salyanda quldur dəstəsi yaxalandı

Salyanda quldur dəstəsi yaxalandı

Keçən ilin dekabrında Salyan rayonunda quldurluq etmiş dəstə üzvləri tutulub.

qaynarxett.az bildirir ki, Salyan Rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, 2014-cü il dekabr ayının 18-də Xıdırlı kəndində rayon sakinləri - 1981-ci il təvəllüdlü Xəyal Bədəlov, 1981-ci il təvəllüdlü Rüfət Əzizov və 1986-cı il təvəllüdlü Elvin Rüstəmov həmyerliləri Elnur Qiyamovu və Tofiq Abbasovu bıçaqla öldürəcəkləri ilə hədələyib Elnurdan 30 manat və üzərində olan qızıl əşyalarını, Tofiqdən isə 700 manat alıblar. Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Bədəlov, R.Əzizov və E.Rüstəmov tutulub.

Faktla əlaqədar cinayət işi başlanıb, araşdırmalar aparılır.