backend

Dünyanın aparıcı KİV-i Məhəmməd peyğəmbərin karikaturalarını yenidən dərc ediblər

Dünyanın aparıcı KİV-i Məhəmməd peyğəmbərin karikaturalarını yenidən dərc ediblər























“Zərrə qədər belə tərəddüd etmədim”

Dünyanın bir sıra aparıcı KİV-i Məhəmməd peyğəmbərin karikaturalarını yenidən dərc etmək qərarına gəliblər. Bu karikaturalar yanvar ayının 7-də fransız satirik jurnalı Charlie Hebdo-nun redaksiyasına hücumun motivi ola bilərdi.

CNN Money bildirib ki, karikaturanı Business Insider və Huffington Post kimi Amerika nəşrləri də dərc edib. Daily Beast tabloidində Charlie Hebdo-nun daha 16 qalmaqallı karikaturalarından ibarət slayd dərc edilib. Bu karikaturalar 2011-ci ildə dərc edilmişdi.

qaynarxett.az Lenta-ya istinadən xəbər verir ki, nəşrin baş redaktoru Noy Şahtmanın bildirdiyinə görə, fransız jurnalı ilə həmrəylik əlaməti olaraq bu karikaturaları dərc edən zaman “zərrə qədər belə tərəddüd etməyib”.

Deutsche Welle-nin məlumatına görə, karikaturaları bir neçə alman nəşri də çap edib. Şəkillər əsasən B.Z. Berlin qəzetinin birinci səhifəsində dərc edilib.

“Biz Charlie Hebdo satirasını söz azadlığı uğrunda həlak olanlara hörmət əlaməti olaraq dərc edirik”, - redaksiyanın oxuculara müraciətində deyilir.

Agence France-Presse-in məlumatına əsasən Charlie Hebdo şəkillərini, həmçinin Danimarka qəzeti Berlingske də dərc edib. Karikaturaların arasında Məhəmməd peyğəmbərin, İsa Məsihin, Adolf Hitlerin və Fransua Ollandın karikaturaları var. Nəşrlərin redaktorları bunu etiraz kimi deyil, Charlie Hebdo jurnalının məğzinin açıqlanması istiqamətində addım kimi dərc ediblər.

Eyni zamanda, bir çox aparıcı qəzetlər, telekanal və xəbər saytları Məhəmməd peyğəmbərin karikaturasını dərc etməməyi qərara alıblar, bunu BuzzFeed portalı qeyd edib. Bu mövqeyi əsasən NBC, CNN, ABC və CBS telekanalları tutub.