backend

Siyəzəndə evdən qaçan gəlin özünü öldürdü

Siyəzəndə evdən qaçan gəlin özünü öldürdü






















33 yaşlı qadın əri və 5 övladını ataraq, başqa kişi ilə qaçmışdı

Bu günlərdə Siyəzən rayonunda 33 yaşlı qadının həyat yoldaşını və 5 övladını atıb başqa kişi ilə qaçması xəbəri mediada sürətlə yayılmışdı.

qaynarxett.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, Gil-gilcay qəsəbəsində 1982-ci təvəllüdlü Abdulova Gülnarənin (Ad və soyad şərtidir) evdən qaçmasından dərhal sonra onun getməsinin səbəbi barəsində müxtəlif versiyalar səsləndirilmiş və nəhayət hadisədən bir neçə gün sonra qadının qardaşları onu tapıb ata evinə gətirmişdi.

Dünən isə qadın atası evində intihar edib. Onun meyiti tibbi ekspertizadan keçirilmək üçün Xaçmaz rayon morquna aparılıb.

Qeyd edək ki, “Xəzər” telekanalında beş övladı olan qadının onların həyətində işlədiyi usta ilə münasibəti yarandığı və onunla qaçdığı iddia edilib.

Bildirilib ki, G.Abdulovanın həyat yoldaşı məsələ ilə bağlı Siyəzən rayon Polis Şöbəsinə müraciət edib. Polis gəlinin olduğu yeri müəyyənləşdirib və qardaşları onu atası evinə gətiriblər. Ancaq ailəsi bu rüsvayçı olayla bağlı heç bir açıqlama verməyib.

Gəlinin ən böyük övladının 15 yaşda olduğu bildirilir.

Lakin sonradan rayon polis şöbəsindən bildirilib ki, KİV-də yayılan məlumatlarda yanlışlıq var.

Bildirilib ki, 5 uşaq anası ərindən küsdüyü üçün evdən çıxıb.

Bir müddət sonra isə qadını evə qaytarıblar. Lakin onun başqası ilə qaçması barədə informasiya təsdiqini tapmayıb.

O da vurğulanıb ki, qadının həyat yoldaşı polis nəfəridir.