backend

Rusiyadan qanunsuz miqrantlara 10 illik qadağa

Rusiyadan qanunsuz miqrantlara 10 illik qadağa























Yanvarın 10-dan qanuna dəyişikliklər qüvvəyə minir

Rusiyada qanuna uyğun yaşamaq müddətini pozan bir neçə yüz min əcnəbiyə ölkəyə daxil olmaya 10 illik qadağa qoyula bilər. Bu barədə Rusiyanın Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski bildirib.

qaynarxett.az-nun Rusiya KİV-nə istinadən verdiyi məlumata əsasən, bu, qanuna edilmiş dəyişikliklərin yanvarın 10-dan qüvvəyə minməsi ilə əlaqədardır.

“Rusiya ərazisində hazırda qanuni yaşama müddəti olan 90 sutkanı çox üstələmiş təxminən 3 milyona yaxın xarici vətəndaş var”, Romodanovski qeyd edib.

O, bildirib ki, yeni dəyişikliklərə əsasən, 120 gün yaşama müddətini üstələmə ölkəyə daxil olmanı avtomatik olaraq 3 illiyə, 270 günü üstələmə isə 5 illiyə qadağan edir.

“360 gündən çox ölkə ərazisində olmağa isə şlaqbaum 10 illiyə bağlı olacaq”, - deyə xidmət rəhbəri bəyan edib.

Öncə Romodanovski bildirmişdi ki, 2015-ci ilin əvvəlində Rusiyaya miqrant axını təxminən 70% azalıb.