backend

Azərbaycanda limonadın içindən siçan çıxdı

Azərbaycanda limonadın içindən siçan çıxdı























Zəhərlənənlər var

İmişlidə bir ailənin 3 üzvü limonaddan zəhərlənib.

qaynarxett.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, İmişli rayonunun Xəlifəli kənd sakinləri 2000-ci il təvəllüdlü Əliyeva İlkanə Kazım qızı, 2001-ci il təvəllüdlü Əliyev Cahid Kazım oğlu və 1997-ci il təvəllüdlü Əliyeva Türkanə Kazım qızı limonaddan zəhərləndiklərinə görə İmişli rayon xəstəxanasının infeksion xəstəliklər şöbəsinə yerləşdirilib.

Xəstəxanadan bildirilib ki, hazırda onların vəziyyəti qənaətbəxşdir. Uşaqların atasının dediyinə görə, limonadın içindən siçan çıxıb.