backend

Bəd xəbər: bu malların qiyməti qalxır – Siyahı

Bəd xəbər: bu malların qiyməti qalxır – Siyahı

















“Siqarlar, eləcə də tütündən hazırlanmış siqaretlər və onun əvəzediciləri aksiz dərəcəsinin atırılmasına görə bahalaşacaq”

qaynarxett.az-nun məlumatına görə, Axar.az xəbər verir ki, bu açıqlama ilə iqtisadçı Qubad İbadoğlu öz Feysbuk səhifəsində çıxış edib.

O, bu il spirtli içkilərin də qiymətinin bahalaşacağını bildirib:

“2015-ci il yanvarın 1-dən Azərbaycanda fiziki şəxslər əmlak vergisini invertar dəyərinə görə deyil, onların xüsusi mülkiyyətində olan mənzillərin sahəsindən asılı olaraq ödəyəcəklər. Yeni dəyişikliyə görə, əmlak vergisi 30 kvadratmetrdən çox olan sahənin hər kvadratmetrinə görə hesablanacaq və regionlar üzrə fərqləndiriləcək. Bu ildən etibarən 10 sotdan çox torpaq sahəsi olan fiziki şəxslər də əvvəlki illə müqayisədə daha çox vergi ödəmək məcburiyyətində qalacaqlar. Bu il avtomobil həvəskarları üçün də bəd xəbərlərlə başlayıb. Son dəyişikliyə görə, idxal olunan avtomobillərə tətbiq edilən yeni aksiz dərəcələri istehlakçıların xərclərini mühərrikin həcmindən asılı olaraq ən azı 100 manat və ən çoxu 13.300 manat artıracaq. 2015-ci ildə aksiz dərəcələrinin artımı nəticəsində qiymətləri bahalaşacaq mallar siyahısına etil spirti, araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, lükör və lükör məmulatları, konyak və konyak materialları, şampan şərabı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər daxildir. Bununla yanaşı, siqarlar, eləcə də tütündən hazırlanmış siqaretlər və onun əvəzediciləri aksiz dərəcəsinin atırılmasına görə bahalaşacaq”.