backend

Araz Ağalarovun anası dəfn edildi - FOTO

Araz Ağalarovun anası dəfn edildi - FOTO






















Nuriyeva yanvarın 6-da dünyasını dəyişib

Rusiyada yaşayan tanınmış azərbaycanlı iş adamı Araz Ağalarovun anası Əminə Nuriyeva bu gün dəfn edilib.

qaynarxett.az xəbər verir ki, Lent.az-ın məlumatına görə, günorta saatlarında Ə.Nuriyevanın cənazəsi yaşadığı Azərbaycan prospekti 11 ünvanından götürülüb və Qurd Qapısı məzarlığında dəfn edilib.

Bu gecə ABŞ-dan Azərbaycana gələn Araz Ağalarovla yanaşı, bir sıra tanınmış dövlət xadimləri, ictimaiyyət nümayəndələri, biznesmenlər də dəfndə iştirak edib.

Qeyd edək ki, Ə.Nuriyeva yanvarın 6-da dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Araz Ağalarovun anası dəfn edildi - FOTO

Araz Ağalarovun anası dəfn edildi - FOTO