backend

“Zazalı” postunda DYP və DANX Ərəbzəngisi

“Zazalı” postunda DYP və DANX Ərəbzəngisi

















Gəncənin girişindəki "Zazalı" postunun DYP əməkdaslarının gözü qarşısında Nəqliyyat Nazirliyi Gəncə Regional Dövlət Avtomobil Nəqliyyatı Xitmətinin əməkdaşlarının özbasınalığını əks etdirən məlumat daxil olub

Bildirilir ki, "VAZ 21905" markalı şəxsi masınla "Zazalı" postunda qeyri-qanunu yolla yük maşınlarını saxlayıb yoxlayırlar. "Vaz 21905" markalı avtomobilin sahibi Camallı Nicat İntiqam oğlu olmasına baxmayaraq o maşının etibarnaməsi isə Abbasov İlqar Həşim oğluna məxsusdur. Maşının sahibləri isədepartamentdə isləmir. Amma həmin masının qapısına Azərbaycanın gerbini və Nəqliyyat Nazirliyinin adını yazıb "Zazalı" postunda yük avtomobilləri üçün zəmanəmizin Ərəbzəngisinə çevriliblər....
"Hətta bu maşını standartdan çıxarıblar. Belə ki, maşının qabaq hissəsini "Ford" yığdırıb arxası "VAZ" olaraq qalır. Şəkildə tam görünür. Maşın qabaqdan "Ford", arxadan "VAZ 21905"-dir. Departamentin maşınları "VAZ 2107" olduğu üçün onların əlindən qaçan maşını tutmaq olmur. Ancaq 99 FV 348 nömrə nişanlı təzə maşın olduğundan sürətlə gedir.
Maraqlıdır ki, bütün bu pozuntular "Zazalı" postunda xidmət aparan DYP əməkdaşlarının gözləri önündə baş verir, amma bəlli səbəblərdən "susmaq qızıldır" məntiqi qanunları üstələyir...