backend

Bakı polisindən əməliyyat: 29 dilənçi saxlanıldı

Bakı polisindən əməliyyat: 29 dilənçi saxlanıldı






















7 kişi, 6 qadın, 16 azyaşlı

Bakı şəhərinin bir neçə rayonunda dilənçilər saxlanılıb.

Bakı şəhər BPİ-dən verilən məlumata görə, paytaxt ərazisində avaralıq və dilənçilik həyat tərzi keçirən 29 nəfər saxlanılıb. Onların barələrində inzibati qaydada tədbir görülüb. Saxlanılanlardan 7-i kişi, 6-ı qadın, 16-ı azyaşlı olub.

Dilənçilərin qeydiyyatda olduqları rayonlara göndərilməsi təmin edilib.