backend

Qaradağda güclü partlayış: Xəsarət alanlar var

Qaradağda güclü partlayış: Xəsarət alanlar var
























Kirayədə yaşayanlar yanıqlarla xəstəxanaya yerləşdirilib

Dünən Qaradağ rayonunun Lökbatan qəsəbəsində mənzilərin birində partlayış baş verib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 11-də saat 02.30 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Şahmar Namazova məxsus mənzildə təbii qazın sızmasından yanğına keçən partlayış baş vermişdir.

Nəticəndə 60 kvm. sahədə ev əşyaları yanmış, orada kirayədə yaşayanlar - Bakı şəhər sakinləri Şaiq Aşurov, onun arvadı Xalidə, oğlu Rəvan və Rusiya Federasiyası vətəndaşı Elşən İsmayılov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilmişlər.