backend

Balotelli Azərbaycanda oynayacaq?

Balotelli Azərbaycanda oynayacaq?























Bakının “İnter” klubu futbolçunun xidmətində maraqlıdır

Azərbaycan futbol tarixində ən səs-küylü transfer baş tuta bilər.

Qaynarett.info ANS PRESS-ə istinadən xəbər veir ki, Bakının "İnter" klubu İtaliya millisinin və İngiltərənin "Liverpul" klubunun forvardı Mario Balotellini heyətinə qatmaq istəyir. Belə bir iddia ilə İtaliya mətbuatı çıxış edib.

Məlumatda deyilir ki, "Liverpul"da əsas heyətə düşməkdə çətinlik çəkən qaradərili futbolçu qış transfer pəncərəsində komandasını dəyişəcək. Balotellinin komandadan göndərilməsində maraqlı olan "Liverpul" rəhbərliyinin istənilən təklif qarşılığında İtaliya millisinin hücumçusunu satacağı gözlənilir.

İtaliyanın "Napoli" və "İnter", Yunanıstanın "Olmpiakos", Fransanın PSJ və Bakının "İnter" klublarının Balotellinin xidmətində maraqlı olduğu bildirilir.