backend

Bakıda müəllimə məktəbdə öldü

Bakıda müəllimə məktəbdə öldü






















Təranə Muradovanın 34 yaşı var imiş

Bakıda orta məktəbdə müəllimə dünyasını dəyişib.

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, hadisə ötən gün günorta saatlarında qeydə alınıb.

Sabunçu rayonu Zabrat qəsəbəsindəki 307 saylı orta məktəbin müəllimi qəfildən vəfat edib.

Adıçəkilən məktəbdən verilən məlumata görə, vəfat edən Təranə Muradova ibtidai sinif müəlliməsi olub. 34 yaşlı müəllimə 2006-cı ildən məktəbdə çalışıb.

“Müəllimə uşaqları evə yola salandan sonra iş yoldaşları ilə söhbət edib. Qəfildən o, özünü pis hiss edərək yerə yıxılıb. Təcili yardıma xəbər verilsə də müəllimə keçinib”.

Mərhumənin valideynləri müəllimənin ürəyində uşaqlıqdan problemlər olduğunu deyiblər. T.Muradova subay olub.