backend

Saakaşvili İŞİD-də döyüşən gürcülərdən danışdı

Saakaşvili İŞİD-də döyüşən gürcülərdən danışdı






















Gürcüstanın sabiq prezidenti ölkənin mövcud hakimiyyətinin fəaliyyətindən narazıdır

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili bəyan edib ki, yüzlərlə gürcü “İslam dövləti” terror qruplaşmasının tərkibində döyüşür.

qaynarxett.az xəbər verir ki, Saakaşvili bu barədə “Rustavi 2” telekanalının birbaşa efirində bildirib.

“Gürcüstanın yüzlərlə vətəndaşı Suriyaya göndərilib”, - siyasətçi qeyd edib.

Onun sözlərinə görə, Tbilisi Ukraynanın şərqində döyüşən könüllüləri “təxribatçı” adlandırır, amma Suriya və İraqda yaraqlıları dəstəkləyən Gürcüstan vətəndaşlarına qadağalar qoymaq üçün heç bir iş görmür.

Saakaşvili qeyd edib ki, bu, Gürcüstanın maraqlarında deyil.

Daha öncə Gürcüstanın Müdafiə naziri Mindiya Canelidze, Gürcüstanın Ukrayna münaqişəsində iştirak etməyəcəyini bəyan etmişdi.