backend

“Coca-Cola Azərbaycan”da ixtisarlar olacaqmı?

“Coca-Cola Azərbaycan”da ixtisarlar olacaqmı?






















Şirkət açıqlama verdi

Sərinləşdirici içkilərin istehsalı ilə məşğul olan “Coca-Cola” şirkəti dünya üzrə 2 minə yaxın əməkdaşını işdən azad edəcək.

Bu qərarın şirkətin bütün dünya üzrə işinə aid olacağı bildirilir.

Şirkətin Azərbaycanda da zavodu fəaliyyət göstərir və ixtisarların Azərbaycana da təsir edəcəyi istisna edilmir.

Şirkətin MDB ölkələri üzrə regional nümayəndəliyi bu ixtisarların “Coca-Cola Azərbaycan” şirkətinə aid olub olmayacağı barədə sorğusuna cavab olaraq bildirib ki, iş yerlərinin ixtisarı məsələsi “Azerbaijan Coca-Cola Bottlers” şirkətinə aid olmayacaq.

“Hazırda “Azerbaijan Coca-Cola Bottlers” şirkətində 550-dən artıq insan çalışır. Bununla yanaşı, şirkət tədarük sistemi və paylaşdırma şəbəkəsi vasitəsilə daha 2 200 insan üçün iş yeri imkanını yaradır”, - deyə regional nümayəndəlikdən bildirilib.

Nümayəndəlik qeyd edib ki, məhsuldarlığa yönəldilmiş və elan olunmuş təşəbbüs çərçivəsində qlobal biznesin artımının sürətləndirilməsi məqsədilə şirkət təşkilatı təkmilləşdirir və sadələşdirir.

“Öncə bildirdiyimiz kimi, bu proses iş yerlərin sayına da təsir edəcək. Eyni zamanda, təşkilati yenidənqurma prosesi çərçivəsində biz baş ofisimizdə, “Coca-Cola International” və “Coca-Cola North America” şirkətlərində 1 600-1 800 vəzifə müəyyən etmişik ki, yaxın gələcəkdə bunlar ləğv olunacaq. Bu, bizim adıçəkilən qlobal strukturlardakı təxminən 13 000 iş yeri deməkdir.

Bizim üçün bu cür qərarlar qəbul etmək asan deyil. Bütün bu proses boyu işçilərimizə qarşı ədalətli və layiqli münasibət göstərməyi öhdəmizə götürmüşük.

Məhsuldarlıq “Coca-Cola” şirkətinin daimi prosesidir. Biz biznesimizin effektivliyinin artırılması və bu artımın stimulyasiyası üçün yollar axtaracağıq”.