backend

Polisə təslim olmaq istəməyən yevlaxlı özünü doğradı

Polisə təslim olmaq istəməyən yevlaxlı özünü doğradı























Faktla bağlı cinayət işi açılıb

Gecə saatlarında Bakının Xətai rayonunda polisə təslim olmaq istəməyən şəxs özünü bıçaqlayıb.

qaynarxett.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Aşıq Qərib küçəsi, ev 25 ünvanında qeydə alınıb.

37-ci polis bölməsinin əməkdaşlarının keçirdiyi axtarış əməliyyatı nəticəsində bir il bundan əvvəl Yevlax rayonunun Tanrıqullar kəndində həmyerlisi Asif Məmmədzadəni xuliqanlıq zəminində bıçaqladığı üçün axtarışda olan 23 yaşlı Pərviz Mirzəyevi “NZS“ qəsəbəsində saxlamaq istəyərkən şübhəli şəxs özünə xəsarət yetirib.

Bölmənin əməkdaşları cinayət törətdiyinə görə, bir il axtarışda olan Pərviz Mirzəyevi yaralı vəziyyətdə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırıblar.

Dərhal əməliyyata götürülən yaralının həyati təhlükəsi aradan qaldırılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.