backend

Qusarda gəlin yoxa çıxdı

Qusarda gəlin yoxa çıxdı






















“Səni Çoban qəsəbəsinin “kruqunda” gözləyirəm”

Qusarın Hiloba kəndində 21 yaşlı gəlin itkin düşüb.

qaynarxett.az ANS PRESS-ə istinadən xəbər verir ki, hadisə yanvarın 1-dən 2-ə keçən gecə baş verib.

Belə ki, Güləsər Malik qızı Səlimova həmin gün öz mobil nömrəsini ərinin telefonuna salaraq danışıb.

Daha sonra nömrəsini bu telefondan çıxarıb. Bu tarixdən sonra o yoxa çıxıb. Həyat yoldaşı telefonunu açanda naməlum nömrədən mesaj gəldiyini görüb. Mesajda isə “səni Çoban qəsəbəsinin “kruqunda” gözləyirəm” yazılıb.

İtkin düşən gəlinin qoşulub qaçdığı və ya qaçırıldığı hələ ki, məlum deyil.

Ailəsi hadisə haqqında Qusar rayon Polis Şöbəsinə məlumat verib.

Faktla bağlı araşdırma aparılır.