backend

Yanacağın qiymətinin qalxması ölkədə bahalaşmaya səbəb olacaqmı? - EKSPERT RƏYİ

Yanacağın qiymətinin qalxması ölkədə bahalaşmaya səbəb olacaqmı? - EKSPERT RƏYİ






















“Əlbəttə ki, bu sahənin də xərcləri artacaq”

Əlbəttə, yanacağın qiymətinin qalxması bazara öz təsirini göstərəcək, amma düşünürəm ki, 2 qəpik elə də təsirli bir rəqəm deyil.

qaynarxett.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Oktay Haqverdiyev bildirib.

Ekspertin sözlərinə görə, 2 qəpik elə də təsirli bir rəqəm olmasa da, psixoloji cəhətdən bazara təsir göstərir. Yəni, bazar bu cür qiymət bahalaşmasını başqa cür qarşılayır.

İqtisadçı qeyd edir ki, vəziyyətdən istifadə edən inhisarçılar qiyməti süni şəkildə artıra bilərlər.

Oktay Haqverdiyevin sözlərinə görə, istehlak bazarının özünün inhisarçılıq səviyyəsi çox yüksəkdir:

“Nəzərinizə çatdırım ki, bizdə belə bir situasiya olur, maaşların qalxması barəsində şayiə gəzir, hələ fərmana qol çəkilməmiş istehlak bazarında qiymətlər artır. Soruşanda isə onlar bunun səbəbini hələ artmamış maaşlar ilə əlaqələndirirlər.

Qaldı ki, bu daha çox yanacaqdan istifadə edən avtomobillərin qiymətinə necə təsir göstərəcək, əlbəttə ki, bu sahənin də xərcləri artacaq”.

İqtisadçı düşünür ki, 2 qəpik psixoloji cəhətdən insanlara təsir edir, bazarda istehlakçılar süni qiymət artımı ilə qarşılaşa bilərlər.

Xatırladaq ki, 2015-ci ilədək illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə texniki baxışdan keçən zaman, hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bu zaman hüquqi və fiziki şəxslər tərəfindən istismara yararsız avtonəqliyyat vasitələrinə görə də onların avtomobil yollarından istifadə edib-etməmələrindən asılı olmayaraq yol vergisi ödənilirdi.

Tarif Şurasının növbəti iclasında bu məsələyə toxunulub və Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulub.