backend

Metroda da qiymət qalxır?

Metroda da qiymət qalxır?











Ötən gün ölkədə benzin və dizelin qiymətinin artımı nəqliyyatda sərnişindaşımada qiymətlərin artacağı ehtimalını yaradıb

Xüsusilə, taksi və avtobusların sərnişindaşıma qiymətlərində gözlənilən bahalaşmanın metroya da təsir edəcəyi ehtimal olunur. Taksi və avtobuslarda bahalaşma olacağı təqdirdə metroya olan tələbat daha da artacaq. Bu vəziyyət isə artıq indidən metroda gediş haqqında artım olacağı ilə bağlı söz-söhbətlərin yaranmasına səbəb olub.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Anspress-ə açıqlamasında məsələyə aydınlıq gətirib.
O bildirib ki, metronun qiyməti ilə bağlı Tarif Şurasına müraciət olunmayıb və ümumiyyətlə bu məsələ "Bakı Metropoliteni"ndə müzakirə edilmir.
Qeyd edək ki, Tarif (qiymət) Şurasının iclasında müvafiq qərar qəbul edilib və yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib.