backend

Yadigar Sadıqovun cəzası azaldıldı

Yadigar Sadıqovun cəzası azaldıldı






















Şikayət qismən təmin edilib

Bu gün Ali Məhkəmədə Müsavat Partiyası başqanının həbsdə olan müavini Yadigar Sadıqovun kassasiya şikayətinə baxılıb.

qaynarxett.az xəbər verir ki, Vəkili Adil İsmayılovun APA-ya verdiyi məlumata görə, prosesdə qərar elan edilib. Qərara görə, şikayət qismən təmin edilib və Y. Sadıqovun cəzası 4 ildən 3 il 6 aya endirilib.

Qeyd edək ki, Yadigar Sadıqov 2013-cü il iyunun 27-də saxlanılıb. Müsavat başqanının müşaviri xuliqanlıqda ittiham olunur.

O, Lənkəran rayon Məhkəməsinin hökmü ilə 6 il azadlıqdan məhrum edilib. Ötən il iyulun 22-də Bakı Apellyasiya Məhkəməsi onun həbsini 4 ilə endirib. Bundan sonra o, kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.