backend

İcra başçısı ovda çovğuna düşüb

İcra başçısı ovda çovğuna düşüb

















Abidin Fərzəliyev və ovçu dostlarıyla 6 saata yaxın əlaqə qurmaq mümkün olmayıb

Azərbaycanda icra başçılarının "balaca padşah” statusu artıq qeyri-rəsmi şəkildə qanuniləşib. Belə bir durumdan bəhrələnən daha bir rayon rəhbəri haqda məlumatlar yayılıb. Söhbət Nərimanov rayon icra hakimiyyətinin başçısı Abdin Fərzəliyevdən gedir. Redaksiyamıza daxil olan məlumata görə A.Fərzəliyev rayonu tabeçiliyindəki məmurlar üçün biznes tarlasına çevirib. İcra başçısının özünün isə vaxtını müxtəlif əyləncələrə sərf etdiyi deyilir.
Mənbənin bildirdiyinə görə A.Fərzəliyevin ov həvəskarı olmasını onu tanıyanlar təsdiqləyirlər. Nərimanov rayon icra hakimiyyətinin başçısının ölkənin müxtəlif yerlərində, ov edilməsi qadağan olunan dövlət qoruqlarında belə ov ovlayıb, quş quşladığı barədə danışılır. Hətta onun dövlət işlərini bir kənara qoyaraq Lənkərana ova yollandığı da bildirilir. Həmin məlumatlarda bildirilir ki, Abdin Fərzəliyevin ov etmək üçün özünəməxsus müxtəlif sortlu itləri vardır və həmin itlərin sayı 20-yə yaxındır ki, onlara da xüsusi baxıcılar baxır. Onun əsas ov məkanı isə Lənkəranın Sarı 2 kəndində yerləşən dövlət qoruğudur. İcra başçısının ova 10-a yaxın müxtəlif "Cip”lərlə gəldiyi və daha çox Nizami rayonundan Nərimanova transfer etdiyi müavini Rəşid Ağayevin ona yoldaşlıq etdiyi bildirilir.
Nəzərinizə çatdıraq ki, Sarı 2 kəndi əsasən ovçuluq və balıqçılıq üzrə ixtisaslaşan kənddir. Buradan respublikaya qonaq gəlmiş Avropa rəsmilərinə kürü hədiyyəsi də məhz xüsusi formada hazırlatdırılır. O da qeyd olunur ki, son dövrlərə qədər icra başçısının ov yoldaşları arasında mühüm dövlət adamları da olub. Hətta adı nurçu qalmaqalında hallandığı üçün Prezident Aparatından uzaqlaşdırılan Elnur Aslanovun da bir neçə dəfə başçının qonağı olduğu söylənilir. Son olaraq isə A.Fərzəliyevin ov macərası ilə bağlı tia.az-ın əldə etdiyi məlumat isə olduqca ilgincdir. Belə ki, həmin məlumat Fərzəliyevin bir neçə gün bundan əvvəl başına gələn olayla bağlıdır. Qeyd edilir ki, Nərimanovun icra başçısı 15 günük məzuniyyətə çıxıb və boş vaxtlarını səmərəli keçirmək üçün Şamaxı istiqamətinə yol alıb. Bir neçə «Jeep» maşını, bahalı ov tüfənglərinə qurşanan ovçu məmurlar dağlarda keçi vurmaq həvəsinə düşüblər.
Mənbənin iddiasına görə, Fərzəliyev və daha iki dostu dağ keçisinin izinə düşərək xeyli dərinliyə gedib çıxıblar. Lakin bu zaman başlayan çovğun icra başçısı isə dostlarını çıxılmaz vəziyyətə salıb. Hətta iş o həddə çatıb ki, Bakıdan onlarla 6 saat əlaqə yaratmaq mümkün olmayıb. Nəhayət, 6 saatdan sonra icra başçısı və dostlarının yerini müəyyən etmək mümkün olub və onları oradan çıxarıblar.
Düzdür, bu dağ keçisi həvəsi Abidin Fərzəliyevə ucuz başa gəlməyib. Bu məsələyə görə onun Prezident Aparatında tənbeh olunduğu bildirilir.