backend

Pakistanda müəllimlərə dərsə avtomatla gəlməyə icazə verdilər

Pakistanda müəllimlərə dərsə avtomatla gəlməyə icazə verdilər






















Pişəvərdə terror aktında 150 nəfərin öldürülməsindən sonra

Pakistanın şimal-qərbində kişi cinsindən olan müəllimlərə dərsə silahla gəlməyə icazə veriblər, GEO TV telekanalı məlumat yayıb.

Belə tədbirlər Pişəvər şəhərində hərbi məktəbdə törədilən terror aktından sonra qəbul edilib. Həmin hadisədə 150 nəfər həlak olmuşdu.

Heybər-Paxtunxva əyalətində (Pişəvərin paytaxtı) müəllimlərə qeydə alınmış silahı dərsə gətirməyə icazə verilib. Yerli rəhbərlik öz qüvvələri ilə regiondakı 30 min tədris müəssisəsinin mühafizəsini təşkil edə bilməyəcəyini bəyan edib.