backend

“Əl-Qaidə” Parisdəki terror aktlarına görə məsuliyyəti öz üzərinə götürdü

“Əl-Qaidə” Parisdəki terror aktlarına görə məsuliyyəti öz üzərinə götürdü
























Qruplaşma lideri videobəyanat yaydı

“Əl-Qaidə” terror təşkilatının Yəməndəki bölməsinin rəhbəri Parisdəki terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Bu barədə Associated Press məlumat yayıb.

Bildirilir ki, qruplaşma lideri məsələ ilə bağlı videobəyanat yayıb, qaynarxett.az xəbər verir.

Bundan əvvəl Yəmən hökuməti ƏQƏY-in (“Əl-Qaidə” Ərəbistan yarımadasında) Parisdəki terror aktlarına aidiyyatı olub-olmaması istiqamətində araşdırmaya başlamışdı.

Daha sonra çıxış edən ABŞ-ın Baş prokuroru Erik Holder Parisdəki terror aktlarını “Əl-Qaidə”nin törətdiyini təsdiqləyən informasiyanın olmadığını söyləmişdi.