backend

Parisdə “Charlie Hebdo”nun bütün nüsxələri alınıb

Parisdə “Charlie Hebdo”nun bütün nüsxələri alınıb






















Birinci səhifədə Məhəmməd peyğəmbərin təsviri var

Birinci səhifəsində Məhəmməd peyğəmbərin təsviri olan “Charlie Hebdo” jurnalının yeni sayının bütün nüsxələri Parisin bir çox qəzet köşklərində elə səhər saatlarında alınıb.

qaynarxett.az RİA Novosti-yə istinadən xəbər verir ki, Fransa paytaxtının küçələrində köşklər qarşısında növbələr yaranır, amma satıcılar artıq bütün nömrələrin satıldığını bildirirlər. Jurnalı əldə edə bilməyənlər isə “Charlie Hebdo”nun birinci səhifəsinin təsviri olan “Liberation” qəzetini alırlar.

Fransız satirik jurnalının bu nömrəsi redaksiyada törədilən terror aktından sonra işıq üzü görən ilk buraxılışıdır. “Sağ qalanların buraxılışı” adını alan jurnalın bu nömrəsinin üz qabığında “Charlie Hebdo”nun redaksiyasına hücuma səbəb olan qəhrəman - Məhəmməd peyğəmbər təsvir edilib.

Peyğəmbər oxucuların qarşısında ağ geyimdə, əlində isə “Je suis Charlie” sloqanı yazılan lövhə ilə çıxır. Başının üstündə isə digər yazı “Tout est pardonne” (Hər şey bağışlandı) var.

Redaksiyaya hücumdan sonra ilk dəfə işıq üzü görən bu buraxılış altı dildə dərc ediləcək.

Adətən 60 min olan buraxılışın tirajı, bu dəfə 3 milyon nüsxədən ibarət olub.