backend

Rotterdam meri: Müsəlmanlar, evlərinizə gedin

Rotterdam meri: Müsəlmanlar, evlərinizə gedin






















“Aydın deyil, sizdə azadlığa qarşı nə ola bilər”

Rotterdam meri, Mərakeş əsilli Əhməd Abutaleb “Charlie Hebdo” jurnalına silahlı hücumu şərh edərkən müsəlmanları “Qərb azadlıqları xoşunuza gəlmirsə, çamodanlarını yığmağa” çağırıb.

qaynarxett.az-nun məlumatına əsasən, Holland siyasətçinin şərhlərini The Daily Telegraph verib:
“Aydın deyil ki, sizdə azadlığa qarşı nə ola bilər. Lakin əgər siz bunu bəyənmirsinizsə, bütün müqəddəslərin xatirinə, çamadanlarınızı yığın və gedin”.

Daily Mail dəqiqləşdirir ki, bu bəyanatla siyasətçi Fransada baş vermiş faciə barədə xəbər Niderlanda çatan kimi yerli televiziya ilə çıxış edib.

Əhməd Abutaleb Mərakeşdə imam ailəsində anadan olub. Onun 15 yaşı olanda valideynləri ilə Niderlanda gəlib. 2008-ci ildə Abutaleb Rotterdamın meri seçilib və bu vəzifəni 2009-cu ilin yanvarından tutur. O, Qərbi Avropada böyük şəhərin meri olmuş ilk müsəlmandır.