backend

Dünya Bankı Azərbaycan iqtisadiyyatının inkişafını proqnozlaşdırır

Dünya Bankı Azərbaycan iqtisadiyyatının inkişafını proqnozlaşdırır






















Proqnozlaşdırma 2010-cu ilin daimi qiymətləri əsasında aparılıb

Dünya Bankı (DB) Global Economic Prospects (GEP) yeni hesabatını dərc edib, bu hesabata müvafiq olaraq 2015-ci ildə Azərbaycanda iqtisadi artım 4,4%, 2016-cı ildə 4,1%, 2017-ci ildə isə 3,8% olacaq.

qaynarxett.az bu barədə abc.az-a istinadən xəbər verir.

Müqayisə üçün qeyd edək ki, bank dünya üçün ümumilikdə 3%, 3,3% və 3,2% aşağı inkişaf proqnozu bildirib.

Doğrudur, proqnozlaşdırma 2010-cu ilin daimi qiymətlərinə əsasən aparılıb. DB 2014-cü il üçün Azərbaycan ÜDM-ni 4,5% kimi qiymətləndirib, amma fakt üzrə artım 2,8% olub.

Bununla yanaşı, DB neftin dünya qiymətlərinin Azərbaycana neqativ təsir edəcəyini də qeyd edib. Bankın qiymətləndirməsinə görə, Azərbaycan, Rusiya və Qazaxıstan ÜDM-də 5-14% arasında öz ticarət balanslarına neqativ təsir görəcəklər.

Amma yenə də bank Azərbaycanın ödəmə balansı üçün təhlükə görmür. Azərbaycanın cari hesabı 2014-cü ildə 12,6% ÜDM səviyyəsində müsbət saldoya malik olduğu halda, DB 2015-ci ildə cari ilin profisitini 9,8%, 2016-cı ildə 8,1%, 2017-ci ildə isə 5,3% ÜDM səviyyəsində proqnozlaşdırıb.