backend

Sumqayıtda güclü partlayış: Ölən və yaralanan var

Sumqayıtda güclü partlayış: Ölən və yaralanan var






















Zərbədən ev deformasiyaya uğrayıb

Sumqayıtda yaşayış evində dəhşətli partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, vətandaşa məxsus ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli 7 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Partlayışın zərbəsindən divarlarda çatlar əmələ gəlmiş və ev deformasiyaya uğrayıb.

Yanğın zamanı ev sahibinin qızı, 1987-ci il təvəllüdlü Bağırova Ülviyyə Teymur qızının yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub.

İki nəfər isə müxtəlif növ termiki yanıq xəsarətləri alıb. Yanğın saat 12:57-də söndürülüb.