backend

Hacıbala Abutalıbov bakılılara müraciət etdi

Hacıbala Abutalıbov bakılılara müraciət etdi






















Vaxt yanvarın 31-də bitir

Avropa Oyunlarının keçiriləcəyi idman komplekslərinin yaxınlığında yaşayanlar avtomobilləri üçün buraxılış nişanı almalıdırlar.

qaynarxett.az-ya bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bakı şəhər İcra Hakimiyyətinin məlumatında göstərilir ki, müraciət I Avropa Oyunlarının keçiriləcəyi idman komplekslərinin ətrafındakı ərazilərdə, küçə kəsişmələrində yerləşən yaşayış binalarında yaşayan sakinlərin öz avtomobilləri ilə təyin olunmuş marşrut üzrə sərbəst hərəkətini təmin etmək məqsədi daşıyır.

Müraciətdə bildirilir ki, sakinlər Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin fərqləndirici buraxılış nişanlarının alınması üçün ərazi üzrə Mənzil İstismar Sahələrinə və kooperativ yaşayış komplekslərinin rəhbərliklərinə yanvar ayının 31-dək müraciət etməlidirlər.