backend

İlham Əliyev Əhməd Davudoğlu ilə görüşdü - YENİLƏNİB + FOTO

İlham Əliyev Əhməd Davudoğlu ilə görüşdü - YENİLƏNİB + FOTO






















Azərbaycan prezidenti və Türkiyənin baş naziri birgə nahar ediblər

qaynarxett.az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. Ölkələrin birgə həyata keçirdiyi layihələrin əhəmiyyətinə toxunulub, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmi vurğulanıb. Azərbaycan-Türkiyə əlaqələrinin regional əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyi qeyd edilib.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli şəkildə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının zəruriliyi bildirilib. Ölkələr arasındakı dostluq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Sonra Azərbaycan prezidenti və Türkiyənin baş naziri birgə nahar ediblər.

14.01.2014 18:55

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyəyə rəsmi səfərə gedib.

qaynarxett.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Ankaranın Esenboğa beynəlxalq hava limanında Azərbaycan dövlət başçısını Türkiyənin hökumət rəsmiləri qarşılayıb.

Sabah Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə birlikdə Ankarada Türkiyə-Azərbaycan Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının IV toplantısında iştirak edəcək.