backend

Çili metrosunda partlayış - VİDEO

Çili metrosunda partlayış - VİDEO






















Santyaqoda birinci metro stansiyası 1975-ci ildə açılıb

Çilinin paytaxtı Santyaqoda metropolitendə yanvar ayının 14-də axşam saatlarında iki partlayış baş verib.

qaynarxett.az-nun məlumatına görə, Ultimo Instante polis bölməsində olan mənbəyə istinadən xəbər verir ki, hadisə yerli vaxt ilə 23:00 radələrində (Bakı vaxtı ilə 6:00, 15 yanvar) “Los-Leones” stansiyasında baş verib.

Partlayıcı qurğular vasitəsi ilə üç nəfər maskalı naməlum şəxs stansiyada quraşdırılmış bankomatdan pulları çıxarmağa çalışıblar. Onlar buna nail olmayıblar.

Əldə olunan məlumata əsasən hər üç cinayətkar hadisə yerindən qaça biliblər, polis onların axtarışı ilə məşğuldur. Qeyd edilib ki, baş verən hadisə nəticəsində zərər çəkən olmayıb. Stansiyada başlayan yanğın söndürülüb, metro adi iş rejimində çalışmağa davam edir.

Santyaqoda birinci metro stansiyası 1975-ci ildə açılıb. Çilidə metropolitenin ümumilikdə 108 stansiyası var, daha 28 stansiya tikilir.