backend

Bakı metrosunda nasazlıq - VİDEO

Bakı metrosunda nasazlıq - VİDEO






















Eskalatorun hərəkəti qəfildən dayanıb

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasında yuxarı qalxan 2 eskalatordan birinin hərəkəti qəfildən dayanıb. Bu, sərnişinlər arasında narazılığa səbəb olub.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib ki, eskalatorun hərəkətinin dayanmasına onun yürüyünün rezininin çıxması səbəb olub:

“Bu gün saat 08:48-də “Elmlər Akademiyası” metrostansiyasında yuxarı qalxan 2 eskalatordan birində nasazlıq yaranıb. Belə ki, eskalatorun yürüyünün rezini çıxıb. Bununla əlaqədar eskalatorun işi dayandırılıb. Çox keçmədən - saat 08:52-də eskalatorun hərəkəti bərpa olunub, hər hansı bir hadisə baş verməyib”.