backend

Azərbaycanda IŞID xofu

Azərbaycanda IŞID xofu













Azərbaycan niyə IŞID-in gündəminə gəldi?

IŞID təhlükəsinə görə Azərbaycanda strateji əhəmiyyətli obyektlərin, inzibati binaların və yəhudi ibadət məkanlarının təhlükəsizliyi gücləndirilib. Bu haqda aen.ru yəhudi informasiya agentliyi məlumat yayıb.
Bildirilir ki, Azərbaycanda terror təhdidinin səviyyəsinin artırılması "Islam Dövləti”nin (IŞID) "daxili işlər naziri” Abdul Vahid Xudayar Əhmədin Azərbaycandan olan IŞID-çiləri toplayaraq onları "Qərbin dəstəklədiyi Azərbaycan hökumətinə qarşı hücuma başlamağa” çağırması ilə əlaqəlidir.
"Azərbaycan Respublikasının maraqlarına, təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri, qabaqlayıcı tədbirlər həyata keçirilir, əməliyyat şəraitinə nəzarət olunur”.
Bunu açıqlamasında Milli Təhlükəsizlik Nazirliyinin Ictimai Əlaqələr Idarəsinin rəisi Arif Babayev deyib. Qeyd edək ki, Israil mediası "IŞID” terrorçularının mümkün hücum təhlükəsinə qarşı Azərbaycanda inzibati və sənaye obyektlərinin, eləcə də sinaqoqların mühafizəsinin gücləndirildiyi barədə xəbər yayıb. Təhlükəsizlik tədbirlərinin "IŞID”in "daxili işlər naziri” Vahid Xudayar Əhmədin Azərbaycana qarşı terror çağırışı ilə əlaqədar olduğu bildirilir.
Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin üzvü, deputat Zahid Oruc da hesab edir ki, IŞID ölkəmizdə hər hansı təxribat törədə bilər. Deputat "Ekspress”ə müsahibəsində bildirib ki, IŞID "naziri”nin bəyanatını bizim xüsusi xidmət orqanları dəyərləndirməlidir: "Birinci növbədə biz IŞID fenomeninə əvvəlki nəzərlərlə yanaşmalı deyilik. Sözün həqiqi mənasında bu gün beynəlxalq ictimaiyyət yeni bir fakt qarşısındadır. Həqiqətən də IŞID-in bir coğrafiyası yoxdur ki, oradan həmlə ilə Azərbaycan ərazilərinə zərbə vursun və neft mənbələrinə təhlükə törətsin. Amma orada muzdlu qaydada döyüşən insanlar ölkəmizə dönməkdədirlər. Artıq onların iki partiyası məsuliyyətə cəlb olunub. Onların sayı 25-ə yaxınlaşmaqdadır”.
Baş verənlərdə diqqət çəkən bir məqam Azərbaycanın birdən-birə nəyə görə IŞID-in hədəfinə gəlməsi ilə bağlıdır. Buna nə səbəb oldu? Ekspertlər hesab edir ki, baş verənlər əslində gözlənilən idi. Çünki MTN-in əslində IŞID-lə bağlı məxfi saxlanmalı əməliyyatları açıq formada həyata keçirməsi, informasiya müharibəsinin məhsuluna çevirməsi IŞID-i qıcıqlandırıb. Ona görə də IŞID Azərbaycan hakimiyyətinə bu cür mesaclar ünvanlayıb.
Politoloq Hikmət Hacızadə hesab edir ki, Azərbaycanın IŞID-in gündəminə gəlməsinin səbəbini izah etmək asan deyil. Amma o nəzərə alınmalıdır ki, IŞID-in Azərbaycana qarşı təhdidlərini qulaqardına vurmaq olmaz: "IŞID-də vuruşanların Azərbaycana gəliş-gedişi var. Onlar bizim vətəndaşlardır. Təşkilatın göstərişi ilə onlar Azərbaycanda terror törədə bilərlər”.(azadlıq.info)