Azərbaycan pulları Rusiya iqtisadiyyatına axır

Iqtisadiyyat 15-01-2015, 15:59
Azərbaycan pulları Rusiya iqtisadiyyatına axır
















Şimal qonşumuzun əmlak bazarına ölkəmizdən sərmayə qoyuluşu manatın mövqeyini zəiflədə bilər

2014-cü ilin dekabrında Bakıda satışa çıxarılan qeyri-yaşayış obyektlərinin sayı əvvəlki ayla müqayisədə 10 faiz artıb. "MBA Consulting Group” şirkətinin məlumatına görə, dekabrda satışa çıxarılan obyektlərin sayı 206 ədəd olub. Noyabrda isə bu rəqəm 187 ədəd təşkil edib. Bundan başqa, dekabrda kommersiya obyektləri bazarında 113 əqd bağlanıb. Bu, noyabrda olduğundan 2,6 faiz azdır.
Bəzi məlumatlara görə, əmlak bazarında belə vəziyyətin yaranması Rusiyada baş verən proseslərlə bağlıdır. Qeyd edək ki, rublun böhranı nəticəsində Rusiyada daşınmaz əmlakın qiyməti aşağı düşüb. Bu isə Azərbaycanda Rusiyada əmlak bazarına diqqəti artırıb. Bəzi məlumatlara görə, Azərbaycandan xeyli iş adamı buradakı obyektlərindən bəzilərini sataraq Rusiyada daşınmaz əmlaka sərmayə qoymağa başlayıb.
Ekspertlər hesab edir ki, bu Azərbaycan üçün təhlükəli tendensiyadır. "Azərbaycandan Rusiyanın əmlak bazarına sərmayə qoyuluşu ölkədən şimal qonşumuza dollar axını deməkdir. Bu proses sürətlənərsə Azərbaycanda dollar defisiti yarana bilər ki, bu da manatın mövqeləri zəifləməsini şərtləndirəcək. Artıq bu təhlükəni Mərkəzi Bank da etiraf etməyə başlayıb. Mərkəzin Bankın manatın psixiloji təsirlərə məruz qalması barədə açıqlamasının kökündə bu məsələ də dayanır. Təkcə Rusiyanın əmlak bazarında deyil, texniki avadanlıq, avtomobil satışında da ucuzlaşma var. Bu da Azərbaycandakı iş adamlarının diqqətindən qaçmır və ölkədən Rusiyaya texniki avadanlıq və avtomobil almağa gedənlər də var”, - deyə ekspertlər bildirir.
Oxunub: 990
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 


ILK-10