backend

Bakıda yol polisinin avtomobilini oğurladılar

Bakıda yol polisinin avtomobilini oğurladılar






















Avtomobil Biləcəridə gölün içərisində aşkar edilib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində çalışan 5-ci tağımın əməkdaşının “VAZ 2107” markalı şəxsi avtomobili oğurlanıb.

qaynarxett.az AzNews.az-a istinadən xəbər verir ki, oğurluq hadisəsi gecə saatlarında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin həyətində qeydə alınıb.

Belə ki, yol polisi əməkdaşı xidməti maşınını təhvil verdikdən sonra öz maşınının mühərrikini işə salıb və ratsiyanı təhvil vermək üçün binaya daxil olub. Geri qayıtdıqda isə o, avtomobilini yerində tapmayıb.

Aparılan araşdırmalar nəticəsində oğurlanan avtomobil Biləcəridə gölün içərisində aşkar edilib.

Maşının seriyası məlum olmasa da nömrəsinin “154” olduğu bildirilir.

Hazırda maşın oğrusunun axtarışı davam etdirilir.