backend

Azərbaycan kökü 30 manata

Azərbaycan kökü 30 manata






















Bahalı məhsulların əsasən İran, Türkiyə və Afrikadan gətirildiyi bildirilir

Rusiyanın Vladivostok vilayətinin mağazalarında kiloqramı 2 500 rubla (30 manat) yerkökü satılır.

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Vladivostok mağazalarında yerli kökün qiyməti isə 25 rubldur. (30 qəpik)

Bahalı məhsulların əsasən Azərbaycan, İran, Türkiyə və Afrikadan gətirildiyi bildirilir. Ruslar ucuzluğuna görə, yerli məhsula üstünlük versələr də xaricdən gələn, əsasən də Azərbaycandan gətirilən meyvə-tərəvəzin öz həvəskarları var.

Qeyd edək ki, Rusiyada əhalinin Azərbaycan kənd təsərrüfatı məhsullarına tələbatı xüsusilə böyük olub. Avropa ilə münasibətlərin pisləşməsindən sonra Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracı bir az da artıb. Ruslar dadı və ətrinə görə Avropa məhsullarından seçilən Azərbaycan meyvə-tərəvəzini çox sevirlər.