backend

İcra başçısı vəzifədən niyə uzaqlaşdırıldı?

İcra başçısı vəzifədən niyə uzaqlaşdırıldı?























Qurban Qurbanovun vəzifədən azad olunmasında “Krot” ləqəbli Rafiq İdrisovun xüsusi rolu olub

Bu barədə Axar.az-a Dərbənddəki etibarlı mənbədən məlumat daxil olub.

Mənbə Rafiq İdrisovun Dağıstana qanunsuz buğda spirtinin gətirməsinə Qurban Qurbanovun maneçilik yaratdığını bildirir. Xüsusiylə Dərbənddəki digər məmurlardan fərqli olaraq “Krot”la hesablaşmayan Qurbanov İdrisovun bölgədəki mühüm sahələri onun əlindən almağı bacarır. Məhz Qurbanovun sayəsində Moskvanın hədəfinə tuş gələn “Krot” sonrakı illərdə İsrailə qaçmağa müvəffəq olur.

Ölkəni tərk etdikdən sonra Dərbənddə özünün qaranlıq biznesini yenə də davam etdirən İdrisova qarşı Qurbanov artıq aşkar hücumlara başlayır. Son illər rayon rəhbərinin bu dərəcədə aktivləşməsi “Krot”u digər vasitələrini işə salmağa vadar edir. Rəcəb Abdullatipov vasitəsiylə Dağıstan rəhbərliyinə nüfuz əldə edən İdrisov Qurbanovun yerini laxtalatmağa nail olur və daha sonra vəzifədən getməsinə şərait yaradır.

Qeyd edək ki, dünən Ramazan Abdullatipovun qardaşı Rəcəb Abdullatipov həsb edilib. Onun həbs edilməsinə əsas səbəb kimi qaçalmalçılıq, insan oğurluğu göstərilib. Rusiya mətbuatı Abdullatipovun bu fəaliyyətini Dərbənddə böyük nüfuza malik olan “Krot” ləqəbli Rafiq İdrisovla birgə həyata keçirdiyini bildirib. Mətbuat məhz Abdullatipov vasitəsiylə İdrisovun Dağıstanın mühüm postlarına öz adamlarını yerləşdirdiyini söyləyib.
Mahaçqala isə hələlik səsləndirilən iddiaların heç birinə cavab verməyib.