backend

Avetyan: "Kreml Qarabağı bizə vəd etmişdi"

Avetyan: "Kreml Qarabağı bizə vəd etmişdi"

















“Kremlin çekistləri bizə Qarabağı vəd eləmişdilər...”

Tanınmış erməni yazıçısı və ictimai xadimi Vaqe Avetyan hesab edir ki, azərbaycanlılar onun Qarabağ münaqişəsi haqda başqalarından eşitmədiyi, şəxsən özünün bildikləri haqda məlumatlı olmaq haqqına sahibdir.

Minval.com xəbər verir ki, bu barədə o özünün Feysbuk səhifəsində yazıb (orfoqrafiya və müəllifin dəst-xətti saxlanılır):

“Azərbaycanlılar mənim dostum və partiyadaşım, Respublika Partiyasının qurucusu, sovetlər dönəminin dissidenti və siyasi məhbusu Aşot Navasardyanın şəxsən mənə və yanımdakı bir çoxlarına 1985-ci ildə nələr danışdıqları haqda bilmək haqqına malikdirlər. Həmin il “zon”da ona bir çekist deyib ki, tezliklə hamını evə buraxacaqlar, Kremldə Qarabağ məsələsi artıq ermənilərin xeyrinə həll olunub, sizə yalnız evə gedib Qarabağ hərəkatına başlamaq qalır ki, hakimiyyət sizin “tələblərinizə cavab olaraq” Qarabağı sizə qaytarsın.

Azərbaycanlıların hüququ var bilsinlər ki, çekistlər belə informasiyaları türmələrdə bütün erməni siyasi məhbuslarına çatdırmışdılar və evə döndükdən sonra onların toplanışı olmuş, orada yekdilliklə qərara alınmışdı ki, əgər KQB Qarabağ hərəkatı istəyirsə, o zaman erməni dissidentləri hər şeyi eləməlidirlər ki, bu, baş verməsin.

Azərbaycanlıların hüququ var bilsinlər ki, bizim öz müqəddəratı təyinetmə uğrunda hərəkat liderimiz İrəvanda mitinqdə çıxış edərək Sumqayıtdakı qətliama görə azərbaycanlıların yox, Kremlin məsuliyyət daşıdığını söyləyib, onu da deyib ki, kim ki Qarabağı bir sovet türməsindən digər sovet türməsinə köçürmək istəyir, o, Kreml çekistlərinə xidmət edir.

Azərbaycanlıların hüququ var bilsinlər ki, bizim müstəqillik uğrunda liderimizi bundan sonra ölkədən deportasiya ediblər, boşluğu Qarabağ Komitəsi ilə doldurublar, müstəqillik və demokratiya uğrunda mübarizləri isə terrorla qətlə yetiriblər, ölkədən sürgün ediblər və 20 il ərzində hər vəchlə məhv eləməyə çalışıblar.

Azərbaycanlıların hüququ var bilsinlər ki, biz qoyun sürüsü deylik, hamımız eyni cür düşünmürük və kimlər ki, Azərbaycanda fərqli müstəqil düşüncəsi ilə seçilir, onlar Ermənistanda gələcək tərəfdarlara və dostlara malikdir, onlar bizimlə həvəslə əməkdaşlıq edəcək, ölkələrimizi müvafiq şəkildə öz xanlarından azad edəcəklər.

Azərbaycanlıların hüququ var bilsinlər ki, mən o günü görürəm - o gün ki, biz öz milli bayraqlarımızı Kremlin xarabalıqları üzərində böyür-böyürə qaldırıb imperiyanı Qarabağa görə cəzalandıracaq, bir çox başqa şeyləri edəcəyik”.