backend

Dünya xəritəsi dəyişir: Bakının tarixi şansı yaranıb

Dünya xəritəsi dəyişir: Bakının tarixi şansı yaranıb














“İnkşaf etmiş ölkələr bir siyasi qərarla istənilən situasiyanı kökündən dəyişə bilirlər”

Bu sözləri NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov söyləyib.

O, Azərbaycanın dünyada gedən siyasi prosesləri öz leyhinə çevirə bilmək imkanlarının olduğunu bildirib:

“Bu gün Azərbaycanın Qərb və Avropa ilə enerji sahəsində tərəfdaşlığı mövcuddur. Bu, önəmli məsələdir. Lakin artıq enerji məsələsi həlledici deyil. Bu o deməkdir ki, inkşaf etmiş ölkələr bir siyasi qərarla istənilən situasiyanı kökündən dəyişə bilirlər. İndi həssas bir siyasi dönəm başlayıb. Bu siyasi prosesin başlanacağına 2013-cü ilin noyabrında qərar verilib. Bu prosesin sonunda bir çox məsələnin kökündən dəyişəcəyini görəcəyik - istər dünyanın yeni siyasi xəritəsi, istərsə də bəzi dövlətlərdə gedəcək siyasi proseslər baxımından. Azərbaycan bu tarixi şansdan istifadə etmək və bəzi məsələləri leyhinə dəyişmək gücündədir”.