backend

Azərbaycanlı pokerdə 1 milyon dollar qazandı – FOTO + VİDEO

Azərbaycanlı pokerdə 1 milyon dollar qazandı – FOTO + VİDEO






















Bu, onun həyatında ilk belə turnirdir

Azərbaycanlı poker oyunçusu İlkin Qəribli poker üzrə PokerStars Caribbean Adventure yarışmasının qalibi olub.

qaynarxett.az xəbər verir ki, Baham adalarına istirahətə gələn azərbaycanlı maliyyəçi İlkin Qəribli bu səfərin nə ilə başa çatacağını heç təsəvvürünə belə gətirmirmiş.

PokerStars Caribbean Adventure turnirində hayrollersklə qələbə (1 milyon 105 min 40 dollar)!

Onun öz sözlərinə görə, bu, həyatında ilk belə turnirdir və əvvəllər keş-oyunlara üstünlük verib. İlkin ailəsi ilə birlikdə Baham adalarında istirahət edərkən bu turnirə qatılmaq qərarına gəlib.

Hedz-apda o, amerikalı Co Kyüçeri udub, lakin bundan əvvəl onlar mükafat fondunu bölüşüblər və hərəsi təxminən 1,1 milyon dollar qazanıb.

Qeyd edək ki, PokerStars Caribbean Adventure turniri (“Poker ulduzlarının karib əyləncəsi”) 2004-cü ildən başlayaraq, hər il Baham adalarında keçirilir və dünyada bu turnirlər arasında ən nüfuzlu olanlardan sayılır.

Azərbaycanlı pokerdə 1 milyon dollar qazandı – FOTO + VİDEO

Azərbaycanlı pokerdə 1 milyon dollar qazandı – FOTO + VİDEO