backend

Fazil Mustafa erməni-fars dəyirmanına necə su tökdü?

Fazil Mustafa erməni-fars dəyirmanına necə su tökdü?















Millət vəkili Fazil Mustafanın "Tarixdə Azərbaycan dövləti olmayıb” fikri Azərbaycanda olduğu kimi, Ermənistanda da böyük rezonans doğurub

Əllərinə fürsət düşən erməni mediası millət vəkilinin gündəm yaradan sözlərini dünəndən etibarən anti-təbliğat kimi tirajlayır.Erməni mediası Azərbaycan əleyhinə anti-təbliğat yazılarında millət vəkilinin əsasən bu fikirlərinə yer verib: "Tarixdə Azərbaycan adlı dövlət olmayıb. Mənim bildiyim fakt budur ki, Azərbaycan adında ilk dövlət 1918-ci ildə yaranıb. Bugünkü Azərbaycan da həmin dövlətin varisidir. Əksini iddia edən, etiraz edən varsa, nümunə gətirib bizləri inandırsın. Dünəndən bəri izləyirəm, bircə dənə də olsun tutarlı əks-arqumentə rast gəlmədim. Biz xalqımıza gerçəyi söyləməliyik”.
Millət vəkilinin Azərbaycan adının 1918-ci ildən rəsmiləşdirilməsi fikrinə bu aspektdən yanaşılarsa, qeyd etmək lazımdır ki, indiki adı İran, Türkiyə, Rusiya və s. olan böyük dövlətlərin də adı tarixən fərqli olub və Rusiya - Kiyev-Rus Knyazlığı, Almaniya - Prussiya Krallığı, Türkiyə - Osmanlı imperiyası olaraq adlanıb.Ancaq təəssüf ki, Fazil Mustafanın kontekstdən çıxardığı bu məntiqdən haqlı olaraq sui-istifadə edilir. Çünki millət vəkili özü fikrini sona qədər açıqlamamaqla bilərəkdən, ya bilməyərəkdən yağıya fürsət vermiş oldu.
Xatırladaq ki, F.Mustafanın bu fikri İran mediasında da böyük həvəslə tirajlanır.(axar.az)

Fazil Mustafa erməni-fars dəyirmanına necə su tökdü?