backend

Putin “Rossotrudniçestvo”nun rəhbərini işdən azad etdi

Putin “Rossotrudniçestvo”nun rəhbərini işdən azad etdi






















O, 2012-ci ilin martından bu vəzifəni tuturdu

Rusiya Prezidenti Vladmir Putin “Rossotrudniçestvo”nun rəhbəri Konsantin Kosaçovu vəzifəsindən azad edilməsi barədə fərman verib.

qaynarxett.az-nun Rusiya KİV-nə istinadən verdiyi məlumata əsasən, fərman imzalandığı gündən qüvvəyə minir.

Hazırda Kosaçov Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitənin sədridir.

Öncə bildirilmişdi ki, Kosaçov vəzifəsini dekabrın 18-də tərk edəcək və Federasiya Şurasına keçəcək.

Kosaçovun müavini Viktor Ratnikov “Rossotrudniçestvo”nun rəhbəri vəzifəsini icra edən təyin edilib.

Kosaçov 2012-ci ilin martından “Rossotrudniçestvo”ya rəhbərlik edib.