backend

Bakıda yol polisini öldürən oğlanın atası saxlanılıb

Bakıda yol polisini öldürən oğlanın atası saxlanılıb






















İsmayıl Həsənov avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün saxlanılıb

Bakıda ötən gecə Dövlət Yol Polisinin (DYP) keçirdiyi reyddə 3 il əvvəl DYP əməkdaşını avtomobillə vurub öldürmüş şəxsin atası saxlanılıb.

qaynarxett.az xəbər verir ki, bu barədə “Report”a hüquq-mühafizə orqanlarından bildirilib.

İsmayıl Həsənov avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün Bakının Nobel prospektində saxlanılıb.

Araşdırma nəticəsində onun oğlu - 1990-cı il təvəllüdlü Hüseyn İsmayılovun Yol Patrul Xidmətinin (YPX) əməkdaşı Mehman Kərimovu 2012-ci ildə Sabunçu rayonu, Aeroport şosesində vurub oldürdüyü məlum olub.

İ.Hüseynov polisə tabe olmayıb. O, saxlanıldıqdan sonra 37-ci polis bölməsinə, avtomobili isə “Cərimə meydançası”na aparılıb. Saxlanılan şəxs barəsində protokol tərtib edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.İsmayılova 14 il 6 ay həbs cəzası verilib.