backend

İŞİD İrana hücuma hazırlaşır?

İŞİD İrana hücuma hazırlaşır?
















İran Silahlı Qüvvələrinin İŞİD-ə qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşması təhlükənin daha da yaxınlaşdığından xəbər verir

Artıq cənub qonşumuz ordu birliklərini İraqla sərhəddə cəmləşdirir.

Xəbər verdiyimiz kimi, artıq dünən 33-cü topçu birliyinin komandanı Muhsin Azər paytaxt Tehranda olan qüvvələrin İraq sərhədinə göndərildiyini açıqlayıb.

Muhsin Azər İŞİD terrorçularının İran-İraq sərhədinin qırmızı xəttinə - 40 kilometrliyinə yaxınlaşacağı təqdirdə vurulacağını bildirib. General terrorçuların hazırda İran sərhədinin 48 kilometrliyində durduqlarını söyləyib.

Generalın bu açıqlamasından sonra dünya mətbuatı İŞİD-in İrana hücum etməsini tam real kimi xarakterizə edib. Çünki İrana mənən bağlı olan Mosulun terrorçular tərəfindən işğalı təşkilatın İranda gözünün olduğunu göstərir.

İranlı generalların həyəcan çağırışları təkcə bununla bitmir. Quru Qoşunları Komandanı general-leytenant Əhməd Rza Purdestan da bir müddət öncə verdiyi açıqlamada terrorçuların İran sərhədinə yaxınlaşmaqda olduğunu bildirmişdi.

Qlobal geosiyasi vəziyyəti nəzərə alsaq, terror təşkilatının Yaxın Şərqdə misssiyasının bitəcəyi təqdirdə ABŞ-ın 35 illik qan düşməninin də başını qara buludların ala biləcəyi şübhəsizdir.