backend

Tovuz Dövlət Sosial-İqtisadi Kollecində imtahan “bazarı”

Tovuz Dövlət Sosial-İqtisadi Kollecində imtahan “bazarı”























Direktor Rizvan Qənbərovun qoyduğu “nırx”: Davamiyyətə görə 400 manat, imtahanlara görə isə 600 manat ver

Tovuz Dövlət Sosial-İqtisadi Kolleci 26 avqust 2002-ci ildə Nazirlər Kabinetinin qərarına əsasən Tovuz Kənd Təsərrüfatı Texnikumunun bazasında yaradılıb. Kollecdə texnologiya müəllimliyi, mühasibat uçotu, vergi və vergitutma, yol hərəkətinin təşkili, aqronomluq və yerquruluşu torpaq müfəttişliyi ixtisasları üzrə tədris aparılır.

Başıbəlalı orta ixtisas təhsil müəssisələrindən biri də Tovuz Rayon Sosial-İqtisad Kollecidir. Keçən saylarımızda da bu təhsil müəssisəsi barədə tənqidi yazı dərc etmişdik. Lakin kollecdə vəziyyət düzəlmir ki, düzəlmir. Yəni Talıb Süleymanovdan sonra Rizvan Qəmbərovun kollecə gəlişi heç nəyi dəyişməyib. Olanını da bərbad vəziyyətə salıb. Şəraitsiz binada təhsil alan tələbələrin yarısından çoxu heç dərsə gəlmir. Metodiki vəsait və göstərişlərdən uzaq olan kollec ən zəif orta məktəb səviyyəsində də deyil. Qrup jurnalları və qrup rəhbərinə məxsus jurnallar qaralamalarla işlənməklə qiymət sarıdan saxtakarlığa yol verilmişdir. Müəllimlərin mövzu-təqvim planı dərs hissə müdiri tərəfindən imza atılmadan sinfə aparılıb-gətirilir. Tələbələrin imtahan zamanı biletlərdəki suallara yarıtmaz cavablar verilməyinə baxmayaraq, onlar yüksək balla qiymətləndirilmişlər. Kollecdə rüşvət əsas meyara çevrilib. Necə deyərlər, yığhayığdır. Burada xeyri olmasaydı Rizvan Qəmbərov Bakıdan isti yerini soyuq edib Tovuza gəlməzdi...

Mənbə bildirir ki, kollecdə kurs işləri və təcrübə sənədləri açıqca pula satılır. Həmin sənədlər ildən – ilə təkrarlanır ki, bu da sırf saxtakarlıqdır. Kollecin əyani şöbə müdiri Akif müəllim İbrahimov direktorun pul yığanıdır. Bu günə kimi qrup jurnalında nöqsanlara yol verən bir müəllimə də “gözün üstə qaşın var” sözünü deməyib. Bu da onun təcrübəsizliyindən və savad dərəcəsinin aşağı olmasından irəli gəlir.

Kollecdə əmək intizamı hədsiz dərəcədə zəifdir. Axırıncı pedaqoji şuranın nə vaxt keçirildiyi gün təmiz unudulub. Kollecdə Rizvan Qəmbərov yalnız gününü sayır. Onun təşkilatsızlığı bunları deməyə imkan verir.

Yaxın günlərdə Kollecin direktor müavini Dəmir Hüseynovun hansı tələbədən nə qədər pul almasını dəqiqləşdirib ictimaiyyətə çatdıracağıq.

Vasif