backend

Bacı qardaşına görə buna əl atdı - FOTO

Bacı qardaşına görə buna əl atdı - FOTO






















Fakt üzrə araşdırma aparılır

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı Cəzaçəkmə Müəssisəsinə mobil telefonlar keçirilməsinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, orada cəza çəkən, məhkum Nazim Emin oğlu Acalovun yanına qısamüddətli görüşə gəlmiş bacısı Nailə Emin qızı Budaqovanın gətirdiyi sovqata baxış keçirilib.

Bu zaman ağ sellofana bükülmüş ət məhsulu – qara ciyərin içərisində xüsusi üsulla gizlədilmiş 4 ədəd mobil telefon aparatı, 1 ədəd danışıq kartı və 4 ədəd elektrik qidalandırıcısı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Qeyd edək ki, Nazim Emin oğlu Acalov Cinayət Məcəlləsinin 120.2.1; 120.2.5; 120.2.6; 120.2.10; 177.3.2; 228.1; 234.1; 66.3; 66.5 və 93.1.4 maddələrinə əsasən 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bacı qardaşına görə buna əl atdı - FOTO

Bacı qardaşına görə buna əl atdı - FOTO