backend

Dəhşətli qəza: Göyçayın prokuror köməkçisi diri-diri yandı

Dəhşətli qəza: Göyçayın prokuror köməkçisi diri-diri yandı























Onlar hadisə yerində ölüblər

Ucarda partlayışla nəticələnən avtomobil qəzası baş verib.

qaynarxett.az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Müsüslü kəndində qeydə alınıb.

Bakı-Qazax yolunun 216-cı kilometrliyində KamAZ markalı betonqarışdıran maşınla “Mercedes” markalı minik avtomobili toqquşub. Toqquşmanın nəticəsində minik maşını partlayıb.

Hadisə şahidlərinin məlumatına görə, partlayış nəticəsində maşında olan 2 nəfər yanaraq ölüb.

Ölənlər sürücü Ehtiram Salahov və onun sərnişini Emin Qurbanov olub.

İlkin məlumata görə, E.Qurbanov Göyçay rayon prokurorunun köməkçisi olub. KamAz markalı maşının sürücüsü isə 1978-ci il təvəllüdlü Tariyel Qasımovdur.