backend

Peskov: Qərb Putini devirmək arzusundadır

Peskov: Qərb Putini devirmək arzusundadır






















“İş nə Krımda, nə də Ukraynadadır”

Qərb ölkələri Ukraynanın cənubi-şərqində münaqişədən istifadə edərək öz maraqları naminə Rusiyanı iqtisadi cəhətdən sıxışdırmaq və Rusiya Federasiyası prezidenti Vladimir Putinin devrilməsinə nail olmaq istəyirlər.

qaynarxett.az xəbər verir ki, bu fikri “Arqumentı i faktı”ya verdiyi müsahibəsində dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Dmitri Peskov

Peskov: Qərb Putini devirmək arzusundadır





















“Əminəm ki, Qərb bizdən heç vaxt əl çəkən deyil. İş nə Krımda, nə də Ukraynadadır. Krım olmasaydı başqa bir səbəb düşünüb tapacaqdılar, bu barədə Putin bildirib: biz müstəqil, suveren və güclü olmalıyıq”, - Peskov bəyan edib. Bununla yanaşı, o qeyd edib ki, Rusiya öz növbəsində münaqişənin həlli üçün mümkün olan hər şeyi edir:

“Rusiya Ukraynanın iqtisadiyyatına kömürün, elektrik enerjisinin çatdırılması ilə yardım edir, cənubi-şərqdə əziyyət çəkən insanlara isə humanitar yardım karvanları göndərir”.

Mətbuat katibi qeyd edib ki, böhran Ukraynadaxili dialoq nəticəsində bitə bilər, bu dialoqa isə ölkənin yeni hökuməti başlamalıdır.

“Kiyev öz regionları ilə ünsiyyətə girmədiyi müddətcə, orada insanların həlak olması davam edəcək. Almaniya, Fransa, Rusiya, ATƏT tənzimləməyə zəmanətlə çıxış edə bilərlər”, - o izah edib.

Peskov, həmçinin AFR (Almaniya Federativ Respublikası) kansleri Angela Merkelin, G7 Sammitinə Rusiya prezidentinin dəvətinin istisnasına dair bəyanatını şərh edib.

“Putin bu dəvəti heç gözləmir də, baxmayaraq ki, keçən il Soçidə qənaətbəxş “səkkizliyin” olacağına ümid edirdik”, - bəyan edərək, Rusiya, Çin və Hindistan olmadan G7-nin keçirilmə formatının məqsədəuyğunluğuna şübhə də bildirib.

G7 Sammiti Almaniyada Bavariyanın Elmaua qəsrində 2015-ci ilin 7-8 iyun tarixlərində keçiriləcək. İştirakçı ölkələr siyahısında Rusiyanın adı yoxdur. Sammitdə Ukraynda vəziyyət, “İslam dövləti” yaraqlıları ilə qarşıdurma, eləcə də Ebola virusu ilə mübarizənin müzakirə edilməsi planlaşdırılır.

G8 beynəlxalq klub kimi Ukrayna böhranı ucbatından 2014-cü ilin mart ayından öz fəaliyyətini dayandırdı. İyunda Brüsseldə G7 Sammiti keçirildi – bu, son 17 ildə Rusiyanın iştirakı olmadan keçirilən ilk iclas idi. İlkin olaraq G8 formatında tədbirin Soçidə keçirilməsi planlaşdırılırdı.