backend

Komitə: Azərbaycanda orta aylıq maaş 442 manatdır

Komitə: Azərbaycanda orta aylıq maaş 442 manatdır






















Rəsmi rəqəmlər açıqlandı

2014-cü ilin 11 ayı ərzində iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.4 faiz artaraq, 442,1 manat təşkil edib.

qaynarxett.az xəbər verir ki, bu barədə oxu.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, iqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əmək haqqı daha yüksək olub və sənayedə 709.5 manat, tikinti kompleksində 626.7 manat, nəqliyyatda 538.0 manat, informasiya və rabitə sahəsində 733.5 manat təşkil edib.