backend

İran IŞID-ə qarşı müharibəyə başlayır?

İran IŞID-ə qarşı müharibəyə başlayır?














Vəfa Quluzadə: «İranın belə bir addım atması inandırıcı görünmür»

Iran Iraq ilə sərhəddə 350 minə yaxın zabit və əsgərdən ibarət qoşun yerləşdirib.ÿAPA-nın məlumatına görə, bu barədə Küveytin "Al-Rai” qəzeti xəbər verir. Yazıda qeyd olunub ki, Iran hərbçiləri Iraq hökumətinin müvafiq razılığı olduqdan sonra "IŞID”ə qarşı mübarizə üçün qonşu ölkənin ərazisinə daxil olmağa hazırdır.
Qeyd edək ki, bir müddət əvvəl də belə xəbər yayılmışdı. O zaman məlumatda bildirilirdi ki, Iranın "Əl-Qüds” adlı xüsusi hərbi birliyi Iraq ordusuna dəstək olmaq üçün IŞID-lə müharibəyə göndərilib.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Küveytin "Al-Rai” qəzetinin yaydığı məlumat inandırıcı deyil: "Bu xəbərə şərh vermək çətindir. Həm də bu qəzetin məlumatını mötəbər hesab etmirəm. Açığı, Iranın IŞID-ə qarşı müharibəyə başlaması inandırıcı görünmür. Çünki, IŞID-də müsəlman təşkilatıdır, Iran da müsəlman ölkəsidir”.